"Məşədi Dadaş məscidinin axundu mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq".
Bunu teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Sədr müavini xatırladıb ki, yanvar ayından məscidlərə din xadimlərinin təyinatı və onların azad edilməsi səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib:
"İnşallah, mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq. Məsləhətli insanlar var. Yəqin ki, Komitə bunu qərarlaşdırıb həmin şəxsi attestasiyadan keçirəcək və ora savadlı bir insan təyin olunacaq. Allah Hacı Şahin qardaşımıza rəhmət eləsin. Ruhu şad olsun!"
Digər xəbərlər
loading...