Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasıan qoşulmaq təklif olunub.
MilliYol.Az report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.
O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib.
O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.
Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...