"Qarabağ" klubu akademiyasına daha bir istedadlı futbolçu cəlb edib.
Ann.az xəbər verir ki, Ağdam klubu Sadıkzadə Tunar Samir oğlunu heyətinə qatıb.
2012-ci il təvəllüdlü futbolçu "Qarabağ"ın U-11 komandasında çıxış edəcək. Ötən gün Tunarla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tunar Sadıkzadə "Gənclik" İdman Klubunda Vasif Rzayev və Orxan Zərbəliyevin yetirməsidir.
Digər xəbərlər
loading...