İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Alçı-Zavod-75” MMC-ni dövlət qeydiyyatına alıb.
"APA-Economics" xəbər verir ki, nizamnamə kapitalı 14 milyon 871 min 058.05 manat olan şirkətin qanuni təmsilçisi Novruzov Nurlan Kamran oğludur. “Alçı-Zavod-75” MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, N.TUSİ ev.5.-dir.
Məlumat üçün deyək ki, “Alçı-Zavod-75” MMC-nin hüquqi ünvanı 2005-ci ildə yaradılan "Gəmiqaya Şirkəti” MMC-nin hüquqi ünvanı ilə eynidir.
Digər xəbərlər
loading...