Prezident İlham Əliyev aprelin 10-da Qazaxıstana rəsmi səfər etdi...
Prezidentin keçirdiyi görüşlər, imzalanan yeni razılaşmalara görə deyə bilərik ki, səfər məhsuldar oldu. Eyni zamanda ölkə başçısı çıxışı zamanı qeyd etdiyi məqamlar kifayət qədər diqqət çəkdi.
Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlər etməsi Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə əhəmiyyət verildiyini təsdiq edir. Həmçinin demək olar ki, region dövlətlərinin başçılarının da Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da öz növbəsində ölkəmizə diqqətin artdığının göstəricisidir.
Azərbaycanın tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır. Hər iki ölkə xalqları arasında köklü tarixi, mədəni və dini ortaqlıqlar var. Son illərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri həm də iki ölkənin bir-birinə verdiyi önəmin real göstəricisidir.
Qeyd edim ki, ölkə başçısının Qazaxıstan səfəri həm də KTMT missiyasının Ermənistana gəlməsi fonunda diqqət çəkir. Bildiyimiz kimi İrəvan Avropa İttifaqının mülki missiyasının ardınca, indi də KTMT missiyasını ölkəyə dəvət edir. Baş verən hadisələri nəzərə alsaq demək olar ki, İlham Əliyevin nə Qazaxıstana, nə də bundan öncə Tacikistana səfəri təsadüfi deyil. Yəni Prezidentin Tacikistana və Qazaxıstana səfərinin bir məqsədi də KTMT üzvü olan ölkələr ilə təmasları sıxlaşdırmaqdır.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova
Milliyol.az