İstanbulda Yeni il əyləncəsini qana bulayan qorxunc terror aktı zamanı həyatını itirənlərdən biri olan livanlı məşhur iş adamı İlyas Şaminin qızı Rita Şami öləcəyini təxmin edibmiş.
Milli.Az sozcu-yə istinadən xəbər verir ki, Ritanın İstanbula gəlmədən əvvəl Facebook-da paylaşdığı maraqlı bir mesaj ortaya çıxıb.
Anasını dörd ay əvvəl xərçəngdən itirən 26 yaşlı Rita Şami Facebook-da: "Ümid edirəm ki, (Türkiyədə) əylənəcəyik. Ən pis halda isə bir partlayışda ölüb, anamın yanına gedərəm", - yazıb.
Livan mətbuatına Ritanın atası: "Onun getməməsi üçün çox çalışdım, amma yoldaşlarıyla birlikdə (Türkiyəyə) getməyə qərar verdi", - deyib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...