Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb.
MilliYol.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.
Yarışmanın I turu - 24-25 aprel
Yarışmanın II turu - 26-27 aprel
Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək.
Yekun konsert – 30 aprel
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Digər xəbərlər
loading...