Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) yeni görüntüləri yayılıb.
Bu barədə görüntülər İN Media yutub kanalında paylaşılıb.
13 il mütəxəssis hazırlayan ali məktəbi demək olar ki, xarabalığa çevrilib.
Görüntülərdə ABU-nun binasının otaqlarının dağılmış, həyətinin isə ot-alaf basıldığı öz əksini tapıb. Bir sözlə, hazırda həyəti tələbə üzünə həsrət qalmış sabiqə təhsil ocağı əsl xarabalığı xatırladır.
Qeyd edək ki, ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb.
1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.//pravda.az