Yunanıstanın Braziliyadakı səfiri Kiryakos Amiridisi qətlə yetirməkdə şübhəli bilinən polis işçisi istintaqa verdiyi ifadəsində bütün cinayətləri üzərinə götürüb.
Bununla da Kiryakos Amiridisin qətlində yeni faktlar ortaya çıxıb.
Məlum olub ki, səfir Kiryakos Amiridis həyat yoldaşının 29 yaşlı polis sevgilisi Sergio Gomes Morreira Filho tərəfindən qətlə yetirilib.
Sergio Gomes Morreira Filho istintaqa ifadəsində etiraf edib ki, səfir Kiryakos Amiridis həftənin əksər gününü paytaxtda keçirsə də, ancaq onun həyat yoldaşı Rio-de-Janeyro yaşayırmış:
“Ara-sıra səfir Rio-de-Janeyroya da baş çəkirdi. Ancaq bəzən elə olurdu ki, bir evdə səfir yatan zaman mən onun həyat yoldaşı ilə digər otaqda sekslə məşğul olurduq. Qətl əvvəldən planlanmamışdı, qəfil oldu. Kiryakos Amiridisin həyat yoldaşı ərinin həddindən çox spirtli içki qəbul etdiyini və ona qarşı zorakı davrabndığını deyirdi. Bir dəfə də mənə qarşı zor tətbiq etmək istərkən, mən özümü müdafiə etdim və nəticədə səfiri öldürdüm”.(publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...