Bakıda Rusiya ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin-çiyinə duraq" başlıqlı bukletlər paylaşıldığına dair iddialar yayılıb.
Bukletdə "Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar" vəd edirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məlumat araşdırılır.
Xatırladaq ki, bukletin üstündə olan nömrələrin Rusiyaya aid qısa nömrə olması bu bukletlərin Rusiyada yayıldığı ehitmalını da istisna etmir.
Digər xəbərlər
loading...