Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nuriyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın anın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından dərhal həbsdən azad edilib.
İttihama görə, Abşeron rayonunun Masazır bələdiyyəsinin "Vergi və Ödənişlər sektor”unun müfəttişi vəzifəsində işləmiş Ceyhun Nuriyev tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş Namiq Həsənovun (şərti) yaşadığı evin torpaq vergisini ödəmək, yaşadığı evə və həmin torpaq sahəsinə çıxarış düzəldəcəyini yalandan vəd verib. O, buna görə zərəçəkmişdən ümumilikdə 1120 manat məbləğində pul alaraq dələduzluq edib.