"İran Azərbaycana nota verib: bildirirlər ki, Azərbaycan mediasında İran təhqir edilir və bunun qarşısını almağı tələb edirlər. Görünür, Xameneyinin gerçək üzünü göstərən müəyyən yazılar onları qıcıqlandırıb”.
MilliYol.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Siyasi şəhçi vurğulayıb ki, Azərbaycan mediasında İrana qarşı etiraz məqalələri yayımlansa da, təhqir edilmir, onların bizə qarşı etdikləri səviyyədə yazılmır:
"İran mediasında isə hər gün Azərbaycan aşağılanır, "Bakı respublikası” kimi təqdim edilir, dövlət olmadığımız iddia olunur, hər cür uydurmalar tirajlanır. İran bizdən nəsə istəmək üçün öncə Azərbaycana qarşı iddialarından əl çəkməlidir. İranın narahatlığı adekvat reaksiyanın effektliyini də isbat edir. İndiyə qədər Bakı daha loyal və ehtiyatlı yanaşırdı, görünür, Tehran bunu qorxaqlıq kimi anlayırmış. Adekvat cavabla qarşılaşanda qıcıqlanırlar”.