8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib.
MilliYol.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb:
“Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”.
Digər xəbərlər
loading...