Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sabiq müavininə yeni vəzifə verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Muxtar Babayevin müvafiq əmri ilə, Firdovsi Əliyev ekologiya və təbii Sərvətlər nazirinin müşaviri təyin edilib.
Qeyd edək ki, bu ilin mart ayının 4-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Digər xəbərlər
loading...