Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqdirləmdirilən şəxslər son söz deyib, məhkəmədə hökm oxunub.
Ötən prosesdə prokurorun 4 il cəza istəyib, CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmaqla üç il sınaq müddətinə azadlıqdan məhrum edilmələrini tələb etdikləri Fərid Sadıqov və Zaur Əşrəfov son sözlərində məhkəmədən barələrindən bəraət hökmünün çıxarılmasını istəyiblər.
Fərid Sadıqov məhkəmədən ədalətli hökm çəxarılmasını istəyib. Zaur Əşrəfov da məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib.
Təqdirləndirilənlərin son söz dedikdən sonra məhkəmə müşavirəyə yollanıb.
Müşavirədən qayıdan məhkəmə heyəti hökmü açıqlayıb. Hakim Eldar İsmayılovun elan etdiyi hökmə əsasən hər iki şəxsə 3 il müddətinə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş vermişdi. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınmışdl. Fərid Sadıqov şirkətin rəhbəri, Zaur Əşrəfov isə məsul şəxsi kimi həbs edilmişdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...