• Xəbər lentİ
Fləş

Gədəbəydəki kütləvi dava qız üstündə olub (TƏFƏRRÜAT)

13:00 / 28.05.2023

İlham Əliyev Laçın şəhərində bir sıra tədbirlərdə iştirak edib (YENİLƏNİB/FOTO)

16:00 / 28.05.2023

Abbas Seyidov işdən çıxarıldı

13:16 / 28.05.2023

Gədəbəydəki kütləvi dava qız üstündə olub (TƏFƏRRÜAT)

13:00 / 28.05.2023

Hərbçimizin xəsarət aldığı hadisə ilə bağlı rəsmi açılama: Nə baş verib?

11:30 / 28.05.2023

Prezident ilk 20 ailənin dünəndən Laçında yerləşdiyini açıqladı

11:18 / 28.05.2023

Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

11:05 / 28.05.2023

Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

10:45 / 28.05.2023

Azərbaycanda Müstəqillik Günüdür

10:30 / 28.05.2023

Prezident Kəlbəcər rayonuna səfər edib (YENİLƏNİB/FOTO)

16:02 / 27.05.2023

Ərdoğan İlham Əliyevi təbrik etdi

15:54 / 27.05.2023

Zəngilandakı erməni təxribatı ilə bağlı cinayət işi açıldı

12:29 / 27.05.2023

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

11:37 / 27.05.2023

Azərbaycanda internet istifadəçilərinə şad xəbər - 2024-cü ilin sonuna kimi...

11:22 / 27.05.2023

Elnarə Həsənzadənin istintaqı yekunlaşdı

10:34 / 27.05.2023

Azərbaycanlı aparıcının biznesi bağlandı

10:29 / 27.05.2023

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

10:18 / 27.05.2023

Tovuzda 75 yaşlı kişi minaya düşdü - TƏFƏRRÜAT

10:12 / 27.05.2023

Zelenski İlham Əliyevə məktub göndərdi

17:43 / 26.05.2023

Gələn həftə Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilər

15:15 / 26.05.2023

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı

14:59 / 26.05.2023

Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31.4 milyon ayırdı

14:06 / 26.05.2023

Bu torpaqlarda ev tikənlər "kupça" ala bilməyəcək

13:14 / 26.05.2023

Nazir bu mərkəzə yeni baş həkim təyin etdi

12:38 / 26.05.2023

Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırıldı

12:16 / 26.05.2023

Göygöldə meyiti tapılan iki nəfəri selin aparmasının görüntüləri (VİDEO)

10:37 / 26.05.2023

İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib (YENİLƏNİB)

18:07 / 25.05.2023

“Övladınızın gələcəkdə peşəkar uzman həkim olmasını istəyirsinizsə...” - Fuad Hacıyev

16:19 / 25.05.2023

Şahin Bağırovdan əmr: Bəzi idarələr, şöbələr ləğv ediləcək...

15:30 / 25.05.2023

Direktor haqqında paylaşımlar edən katibəyə cəza verildi

15:16 / 25.05.2023

Altuğra səhiyyə nazirlərinin iclasında iştirak edəcək

14:29 / 25.05.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Novruz bayramınız mübarək!

00:00 20.03.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

MilliYol.az-ın məlumatına görə, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.

Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.

Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı".

Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.

Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Bu il yaz fəslinin Azərbaycana daxil olması martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

MilliYol.az-ın kollektivi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!

Bayramınız mübarək!


Etiket:

Digər xəbərlər

Abbas Seyidov işdən çıxarıldı

Abbas Seyidov işdən çıxarıldı

28.05.2023
Hərbçimizin xəsarət aldığı hadisə ilə bağlı rəsmi açılama: Nə baş verib?

Hərbçimizin xəsarət aldığı hadisə ilə bağlı rəsmi açılama: Nə baş verib?

28.05.2023
Gədəbəydəki kütləvi dava qız üstündə olub (TƏFƏRRÜAT)

Gədəbəydəki kütləvi dava qız üstündə olub (TƏFƏRRÜAT)

28.05.2023
Prezident ilk 20 ailənin dünəndən Laçında yerləşdiyini açıqladı

Prezident ilk 20 ailənin dünəndən Laçında yerləşdiyini açıqladı

28.05.2023
Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

28.05.2023
İlham Əliyev Laçın şəhərində bir sıra tədbirlərdə iştirak edib (YENİLƏNİB/FOTO)

İlham Əliyev Laçın şəhərində bir sıra tədbirlərdə iştirak edib (YENİLƏNİB/FOTO)

28.05.2023
Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

28.05.2023
Azərbaycanda Müstəqillik Günüdür

Azərbaycanda Müstəqillik Günüdür

28.05.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Abbas Seyidov işdən çıxarıldı

Abbas Seyidov işdən çıxarıldı

28.05.2023
Hərbçimizin xəsarət aldığı hadisə ilə bağlı rəsmi açılama: Nə baş verib?

Hərbçimizin xəsarət aldığı hadisə ilə bağlı rəsmi açılama: Nə baş verib?

28.05.2023
Gədəbəydəki kütləvi dava qız üstündə olub (TƏFƏRRÜAT)

Gədəbəydəki kütləvi dava qız üstündə olub (TƏFƏRRÜAT)

28.05.2023

"Aysun ailəni oyuncaq elədi" - Eşqin ilk dəfə danışdı

22.05.2023
Sabiq icra başçısının vəzifəli qardaşını söyən şəxs həbs edildi (FOTO)

Sabiq icra başçısının vəzifəli qardaşını söyən şəxs həbs edildi (FOTO)

23.05.2023
Nazirliyin xanım əməkdaşının ölkədən çıxışına qadağa qoyulur - Maraqlı faktlar

Nazirliyin xanım əməkdaşının ölkədən çıxışına qadağa qoyulur - Maraqlı faktlar

25.05.2023
Prezident və birinci xanım Zərifə Əliyevanın 100 illiyi münasibətilə keçirilən konsertdə iştirak edib

Prezident və birinci xanım Zərifə Əliyevanın 100 illiyi münasibətilə keçirilən konsertdə iştirak edib

28.04.2023

"Formula 1" Azərbaycan Qran-prisi ilə müqaviləni uzatdı - 2026-cı ilədək...

29.04.2023
Prezident və birinci xanım qələbələrini Azərbaycana həsr etmiş idmançılarla görüşdü

Prezident və birinci xanım qələbələrini Azərbaycana həsr etmiş idmançılarla görüşdü

28.04.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az