Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.
MilliYol.Az xəbər verir ki, prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmamışdı. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.
İlham Əliyev və Mehriban Əliyeva Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış olub.
***
Bu gün həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu açılışda iştirak ediblər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezidentə və Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib. İlham Əliyev və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olub.
MilliYol.Az
Digər xəbərlər
loading...