İranın Azərbaycan sərhədinə döyüş təyyarə ilə törətdiyi təxribatın bəllidir ki, Bakını hədələmək məqsədi daşıyır və davamlı olacağı istisna deyil.
Son günlər "Azərbaycan İrana zərbə endirmək üçün İsrailə platforma verib” iddiasının tirajlanması da bu kontekstdə təsadüfi deyil. Və bu iddiaların mənbəyinin Qərbdə olması maraqlıdır. Misal üçün, erməni lobbisinin üzvü kimi tanınan amerikalı konqresmen Eliot Engel bu yaxınlarda belə bir açıqlama vermiş, Ermənistan və İran mediası ona "istinadən” tirajlamışdı. Bu iddiaların iki məqsədi var.
Birincisi, İranın Azərbaycana qarşı ittihamlarına "istinad nöqtəsi” yaradılır;
İkincisi, Bakıya qarşı təzyiq halqasını genişləndirərək, Ermənistana qarşı mümkün addımlardan çəkindirir;
Üçüncüsü, İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyən qüvvələr Tehrana önləyici addımlar atmaq üçün "pas ötürür” və anti-İran koalisiyasının genişlənməsinin qarşısını alırlar;
Kifayət qədər mürəkkəb oyun gedir.
Asif Nərimanlı