Ağdaş rayonunda vəzifəli şəxsin güllələnərək qətlə yetirilməsi olayının təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, dünən saat 22 radələrində “Dəhnə” kafesində “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlunu tapança ilə güllələyən 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu qətli qısqanclıq zəminində törətdiyini deyib. O, ilkin ifadəsində iddia edib ki, E.Babayev həyat yoldaşına mesaj yazdığı üçün bu cinayəti törədib.
Araşdırmalar zamanı o da məlum olub ki, P.İsmayılov bir neçə il əvvəl qaraçı millətindən olan qadını da güllələyərək öldürüb. Həmin vaxt qadınla yeyib-içən P.İsmayılov daha sonra silaha əl atıb və onu güllələləyib.
Tanışları dünən qətlə yetirilən E.Babayevi müsbət xarakterli şəxs kimi xarakterizə ediblər. Onun həyat yoldaşı bir neçə il əvvəl vəfat edibmiş.
Qeyd edək ki, dünənki cinayət P.İsmayılov E.Babayevlə birgə kafedə yeyib-içdikdən sonra baş verib. 37 yaşlı Pərviz üzərində gəzdirdiyi tapança ilə uşaqlıqdan tanıdığı Elçinə döş qəfəsi nahiyəsindən 3 dəfə atəş açıb.
Araşdırmalar davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...