Prezident İlham Əliyev martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı etdi
Çıxışı zamanı Prezident bir çox önəmli mətləblərə toxundu. Ölkə prezidenti bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.
İlham Əliyev vurğuladı ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak ediblər. Eyni zamanda dövlət başçısı qeyd edib ki, müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Doğrudur, da Milli Məclisdə müxalif partiyalar təmsil olunur. Amma düşünürəm ki, təmsil olunan müxalifət partiyalarının sayının artırılması daha yaxşı olardı. Eyni zamandaq qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılmalıdır. Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulmalıdır. Həmçimin çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova
Milliyol.az