"Azərbaycan Hava Yolları” QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, limanın rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan aldığı 40 min manatı geri qaytarmayıb.
Eldar Hüseynov iddia edib ki, iki il əvvəl Anar Axundovun səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40 min manat borc verib. Lakin liman rəisi aldığı pulu geri qaytarmır, 2 ildir onu get-gələ salır, hər dəfə müxtəlif bəhanələr deyir. Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib.
Eldar Hüseynov
Artıq məhkəmə Eldar Hüseynovun tələb etdiyi 40 min və ödənilmiş dövlət rüsumuna görə 210 manatın Anar Axundovdan tutulması barədə iddianı təmin edib.
Lənkəran Beynəlxalq Hava Limanının rəisi Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib: "Pulu mənimsəməmişəm. Lazım olub, götürmüşəm. Artıq onu qaytarmağa başlanışam. Bu barədə Eldar Hüseynovun özündən də soruşa bilərsiz".
Anar Axundov
Qeyd edək ki, Anar Axundovun dayısı da "Azərbaycan Hava Yolları” QSC-də yüksək vəzifədə çalışır.
11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olan Eldar Hüseynov 2000-ci ildən 2020-ci ilə kimi Lənkəran bələdiyyəsinin sədri olub, 2021-ci ildə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
Xatırladaq ki, "Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsi də böyük səs-küyə səbəb olmuşdu.
Digər xəbərlər
loading...