Gəncə şəhərində soyğunçuluqla məşğul olan şəxslər tutulub.
MilliYol.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 28-nə keçən gecə Gəncə şəhəri ərazisində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhrəmzadəni döyərək ondan 550 manat pul və mobil telefonunu alıb. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olunmuşlar Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat 01 radələrində şəhər ərazisində şəhər sakini K.Ə-ni (qadın) Rövşən Məmmədtağıyevə məxsus "VAZ-2107" markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, amburla (vintaçan) hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...