Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə fərqli və yaradıcı fəaliyyət təşkil edib.
"İçindəki qadını çək" sloqanı ilə həyata keçirilən fəaliyyətə əsasən, Birlik əməkdaşları və Vətən müharibəsi şəhidlərinin xanımları rəssam Pəri Miniatürün emalatxanasında toplaşaraq rəsmlər çəkiblər.
Birliyin sədri Sevinc Fədai bildirib ki, fəaliyyətin məqsədi qadınların öz içinə vararaq, özlərini kəşf və hiss etməsi, insani dəyərlər, qadın azadlığı, haqları və duyğuları ilə bağlı düşündürmək, fərqindəlik yaratmaq olub: "Hesab edirik ki, məhz bu fərqindəlikdən sonra qadınlar cəmiyyətdə özlərini lazımi şəkildə təqdim edə, təqdim edilə, fəaliyyət göstərə, həmçinin mübarizə apara bilər. Habelə, əsasında sevgi və əmək dayanan bu yaradıcılıq fəaliyyəti qadınlar üçün bir hədiyyə olar deyə düşündük. Nəticədə qadınların hiss və düşüncələrini, steorotiplərə qarşı mübarizəni əks etdirən çox maraqlı rəsmlər ortaya çıxdı və həmin rəsmlər əsasında fikir mübadiləsi aparıldı".
Digər xəbərlər
loading...