Bakda daha bir “tiktoker” həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə “Ömər” adı ilə tanınan “tiktoker”, 2000-ci il təvəllüdlü Rövşən Camirzəyevə 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
“Tiktoker”in həbs səbəbinə gəlincə, onun paytaxtın mərkəzində, xüsusilə “Tarqovı”da elektrik skuterini insanların sıx olduğu yerlərdə onların üzərinə sürərək ictimai asayişi pozduğu və törətdiyi əməlləri videoya çəkərək paylaşdığı bildirilib.
DİN-in Mətbuat xidmətindən tiktorkerin həbs xəbərini “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, R.Camirzəyev son günlərdə xuliqanlıq əməlinə görə həbs edilən 3-cü tanınmış tiktokerdir. Daha əvvəl "Daqqılı" ləqəbli Ziliş Cəfərov və Səbuhi Xanlarov da inzibati qaydada həbs edilib.