“Hazırda Ermənistanda siyasi dairələrdən tutmuş, ictimai məkanlara qədər hər yerdə ərazilərin Azərbaycana qaytarılacağı haqqında danışırlar. Hələlik konkret heç nə yoxdur. Lakin görünən odur ki, ərazilərin qaytarılması tezliklə baş verəcək”.
Bu barədə erməni politoloq İqor Muradyan deyib.
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın rayonların qaytarılmasının vacibliyi haqqında fikirlərini şərh edən Muradyan qeyd edib ki, Serj Sarkisyan da sələfi kimi düşünür: “Lakin o, bu haqda bağlı qapılar arxasında danışır. Petrosyanla Sarkisyanın Qarabağ məsələsində fikirləri üst-üstə düşür.
Sual yaranır ki, birinci prezident niyə ərazilərin qaytarılmasının tərəfdarıdır və bu fikir ondan sonrakı prezidentlərin fikirlərində niyə əks olunur? Erməni cəmiyyəti öz mövcudluğunu və böyük dövlətlərin maraqlarını dərk etməyi bacarmır, ondan nə tələb olunduğunu anlamağa çalışmır. Ermənistan yazıq mövcudluğunu sürüməyə davam edir və artıq müstəqilliyini itirməsi ilə barışıb. Çətin ki, bundan sonra qaytara bilər. Ermənistan rusların vassalı oldu və bunu açıq şəkildə hiss edir. Serj Sarkisyan və Petrosyan da eyni əhval-ruhiyəni hiss edirlər. Onlar çıxış yolunu axtarmağa ehtiyac görmürlər. Çünki hər ikisi cəmiyyətin düşündüyünü düşünür. İndi ərazilərin qaytarılması haqqında müzakirələr gedir və tezliklə bu baş tutacaq”.
İ.Muradyan ərazilərin qaytarılmasına heç kimin etiraz etməyəcəyini deyir.
“Kim etiraz edəcək? Bəzi ermənilər etiraz edə bilərlər, lakin rusların müstəmləkəsinə qarşı çıxa bilməyəcəklər”, - deyə o bildirib.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...