Tanınmış aparıcı Turan İbrahimov da "Space" TV-dən gedir.
MilliYol.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.
Turan İbrahimov bildirib ki, "Space"dən getməklə bağlı qərarı iki həftə əvvəl verib: "Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram".
Qeyd edək ki, fevralın 7-də "Space" Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən ayrılıb, onun yerinə "Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin edilib.
Digər xəbərlər
loading...