Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iki rayona yeni polis rəisi təyin edib.
MilliYol.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov işdən çıxarılıb. Nazirin digər əmri ilə o, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.
Digər təyinat isə uzun müddətdir boş qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə olub. Nazirin əmri ilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib. O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Digər xəbərlər
loading...