Bakıda məşhur "Aquaphor” su filtirlərində ciddi problemlər yaranıb.
Qaynarinfo-nun məlumatına görə, istehlakçılar bu filtrlərlə bağlı ciddi problemlərlə üzləşib. Filtir su əvəzinə kömür süzür. Aylardır sözügedən filtirlərlə bağlı şirkətlərə şikayət ünvanlansa da, heç bir nəticəsi yoxdur.
Qaynarinfo-nun əməkdaşı da bu problemlə üzləşib. 5 aydan çoxdur ki, sözügedən filtirdən istifadə ilə bağlı "Aquaphor” şirkətinə şikayət ünvanlasa da, heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, "Bizim Market”də bu filtirlərin satışını "Novas” şirkəti həyata keçirir. Məsələ ilə çox sayda istehlakçı şirkətə müraciət edib. Şirkət həmin filtirləri satışdan çıxarmaq əvəzinə, şikayətçilərə başqa bir markaya məxsus su filtirləri təqdim etməklə və "məsələ araşdırılır" deməklə kifayətlənirlər.
Apardığımız araşdırmaya əsasən, sözügedən filtirlər Ukraynadan gətirilib. Bu ölkədəki müharibə səbəbindən orjinal filtirlərin yerini saxta yollarla istehsal edilən filtirlər tutub, bunlar isə Bakıdakı "Bizim Market”lər və digər bu kimi ticarət mərkəzlərində satılır.
Digər xəbərlər
loading...