Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dini təhsil şöbəsi yaradılıb.
“Report”un əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnarə Kərimova yeni şöbəyə müdir təyin edilib.
Dini təhsil şöbəsi bu ilin yanvar ayından fəaliyyətə başlayıb.
Qeyd edək ki, E.Kərimova bundan əvvəl Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Dövlət Komitəsi Aparatının müstəqil struktur bölməsi olan Dini təhsil şöbəsi ölkədə dini təhsillə bağlı vəziyyəti öyrənir, dini təhsillə əlaqəli prosesləri izləyir, eləcə də dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasını təmin edir.
Digər xəbərlər
loading...