Azərbaycanlı yeniyetmə İsmayıl Ataşov bu yaxınlarda Beynəlxalq "Stem Math Olympiad" olimpiadasının ilk mərhələsini uğurla keçərək, növbəti turda iştirak hüququ qazanıb.
MilliYol.az xəbər verir ki, o, İstanbul Liseyinin İngilis dili bölməsinin 8-ci sinif şagirdidir.
Daima öz üzərində çalışan, dərslərində və sosial layihələrdə aktiv iştirak edən şagirdlərdən biridir. Sosial fəaliyyət olaraq Türkiyəyə yardım və Vətən müharibəsində iştirak edən aztəminatlı ailələrə yardım kampaniyasında fəal iştirak edib.
Məktəbdaxili İngilis dili "Cambridge Flyers" səviyyəsi üzrə imtahandan çox müvəffəqiyyətlə keçərək, ilklər sırasına daxil olub.
Qeyd edək ki, İsmayıl Ataşov həkim-endokrinoloq, iş xanımı Təranə Heybətovanın (Rita Rish) yeganə oğludur.