Bu gün saat 09:40 radələrində Tərtər rayon sakini 1981-ci il təvəllüdlü Gülnar Məmmədova qətlə yetirilib.
MilliYol.Az manset.az-a istinadən xəbər verir ki, əri tərəfindən qətlə yetirilən Məmmədova Gülnar Etibar qızı Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsində baş məsləhətçi kimi çalışırmış.
Qeyd edəl ki, fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon prokurorluğuna rayon sakinləri - 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.