Tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus "Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı üzrə müqavilədən doğan mübahisələrdir.
Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbləri barədə detallı məlumat yoxdur.
"Şərur” MTK tikinti sektorunun əsas oyunçularından biridir. Bununla belə, şirkətin bir sıra qalmaqallarda hallanıb. Nümunə kimi "Mur-Ay” MMC ilə bağlı qalmaqalda "Şərur” MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasını göstərmək olar.
İsfəndiyar Axundov da qalmaqallı iş adamı kimi tanınır. İki il əvvəl mediada Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun barəsində cinayət işi başlanıldığı barədə məlumatda yayılmışdı. Bu məsələ də "Mur-Ay” MMC ilə bağlı olub.