Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yalan xəbərləri yayınlamamağa çağırıb.
İdarədə buna qarşı “Dezinformasiyaya qarşı mübarizə şöbəsi” təsis edilib. Təsis edilən mərkəz gündəlik olaraq, Türkiyə, dünya KİV-lərində, eləcə də, müxtəlif sosial şəbəkələrdə zəlzələ, onun fəsadları haqqında yalan xəbərləri toplayaraq ictimaiyyətə təqdim edirlər.
Mərkəz qəti olaraq aşağıdakı xəbərlərə inanmamağa və KİV-ləri bu kimi yalan xəbərləri yayınlamamağa çağırıb. Həqiqət kimi təqdim edilən əslində isə yalan olan xəbərlər bunlardır:
“İspaniya hərbçiləri Türkiyədə, İskenderun bölgəsində patrul xidməti göstərirlər”
“Hatayda bankomatlar talan edilərək yağmalanır”
“Zəlzələ zamanı dağılan binaların əksəriyyəti yenidir”
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.