"İzz Tidax" tikinti şirkətinin rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.
Qaynarinfo-nun məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 46 min 461 manatdan çox vergi borcu yaranıb.
İdarə tərəfindən MMC təsisçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmədən qətnamə qəbul edilməsi xahiş edilib.
Məhkəmənin qərarı ilə 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini, sahibkar Mustafayev Sədi Fizuli oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.
Digər xəbərlər
loading...