Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.
MilliYol.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezidentin digər sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Qeyd edək ki, Azərbaycan heykəltəraşı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017) Ömər Eldarovun 95 yaşı var.
Digər xəbərlər
loading...