Prezident İlham Əliyev Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı etdi
Dövlət başçısı bildirdi ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Eyni zamanda 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.
Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır. Bu, da ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsinə imkan verəcək. Bildiyimiz kimi bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat var. Yeni stansiya eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Bu
stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür.
Könül İsmayılova - Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü
Milliyol.az