Fevralın 6-da baş verən zəlzələ zamanı böyük dağıntıların meydana gəldiyi Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonu tamamilə söküləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə rayonda xilasetmə işlərinə rəhbərlik edən Şırnak valisi Osman Bilgin açıqlama verib.
"Bütün qruplarımız birlikdə çalışır. Nurdağıdakı son 8 mənzildə dağıntılar altından axtarış-xilasetmə işləri aparılır. Türkiyənin bu birliyi və bütövlüyü kimi biz də bu fəlakətlərin öhdəsindən gələcəyik. Faciə çox böyükdür. Nurdağı tamamilə sökülərək, yenidən tikiləcək. Qərarı ətraf mühit və şəhərsalma naziri Murat Kurumla birlikdə verdik. Elə bina var ki, 150 insan həlak olub", deyə Osman Bilgin bildirib.
Digər xəbərlər
loading...