Rusiyanın Privolj Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Mixail Babiç ölkənin Türkiyədəki yeni səfiri olacaq.
“Report” “Dojd” televiziyasına istinadən xəbər verir ki, Moskvanın Ankaradakı yeni səfiri 2017-ci ildə təyin ediləcək.
Məlumata görə, M.Babiçi əvvəllər Rusiyanın Ukraynadakı səfiri təyin etmək istəyiblər. Ancaq rəsmi Kiyev buna etiraz edib və təyinat baş tutmayıb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu il dekabrın 19-da Ankarada sui-qəsdlə öldürülüb.
MilliYol.Az
Digər xəbərlər
loading...