Azərbaycan Ordusunun hərbi qulluqçusu qar uçqununa düşərək həlak olub. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məlumatı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər. Qeyd olunub ki, hadisə fevralın 8-də saat 17 radələrində baş verib:
“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, Savalan Hüseynov Gədəbəy rayonu, Əlinağılar kənd sakinidir. Hərbçi bu gün dəfn olunacaq.
Digər xəbərlər
loading...