Biləsuvarda qətl törədilib.
Rayonun Muğan adlanan Obalıq ərazisində əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov sübh tezdən mal-qarasını otarmaq üçün evdən çıxıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Nabilin meyidi qonşuluqda yaşayan başqa bir çobanın həyətində tapılıb.
Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanları cəlb edilib. N. Rəhmanovun meyidi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Mərhumun atasının qənaətincə, oğlunu həmkəndliləri bıçaqlayaraq qətlə yetiriblər. Kənd sakinləri Fəqan Orucəliyevlə onun bacısı Dilarə Orucəliyeva şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...