2 fevraldan etibarən eksklüziv olaraq yalnız Park Cinema kinoteatrlarında "Prestij Meselesi" filminin nümayişinə start verilir.
1992-1993-cü illəri əhatə edən film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun "Prestij müzik" şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclik illəri ekran işində əks olunub.
Həmçinin filmdə Mahsun Kırmızıgülün oğlu - Mahmut Kırmızıgül də yer alıb. Engin Hepileri, Eser Yenenler və Hakan Petekkaya da filmdə rol alanlardandırlar.
Qeyd edək ki, film Türkiyə izləyicilərinə 3 fevraldan təqdim olunmasına baxmayaraq, Azərbaycan tamaşaçıları artıq 2 fevraldan filmi izləyə bilərlər.
Filmə bilet əldə etmək istəyənlər Park Cinema'nın Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.