Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini Əsgər Talıb oğlu Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.
MilliYol.az xəbər verir ki, ötən gün dünyasını dəyişən mərhum bu gün dəfn ediləcək.
Qeyd edək ki, Əsgər Məmmədov Lerik rayonunun Kiravud kəndində anadan olub. O, Goranboy (1986-1991) və Astara (1991-1992) rayonlarında İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 29 aprel 1993-cü ildə Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Baş nazirinin müavini təyin edilib və 1994-cü ilədək bu vəzifədə çalışıb. Həmçinin 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub.
Digər xəbərlər
loading...