Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.
Mərasim Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutub.Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq artistləri Ağadadaş Ağayev, Gülyaz Məmmədova, əməkdar artist Firuz Əliyev, mərhumun yaxınları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edənlər mərhuma Allahdan rəhmət diləyərək, yaxınlarına Tanrıdan səbr diləyiblər.
Mərhum Türkanda kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, A.Abdullayev uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Muğam ifaçısı ötən gün dünyasını dəyişib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...