İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 816 nəfərə çatıb.
MilliYol.Az yerli mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər həlak olub.
Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.
Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.