Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir
Bu hücumun terror aktı olmasına artıq heç bir şübhə yoxdur. Səfirliyimizə edilən hücum əvvəlcədən planlaşdırılıb və bu gün həyata keçirildi. Hücum zamanı çəkilən videolardan aydın görünür ki, terrorçu məqsədli şəkildə hücum edir və daha çox insanı qətlə yetirmək fikrində olub.
Səfirliyimizə hücum edən şəxs “Kalaşnikov “markalı avtomat silahla mühafizə postunu yarıb, xidmətinin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayır. Hücumdan görünür ki, həmin şəxs sadə adam deyil. Yəni səfirliyimizə hücum edən şəxs xüsusi təlim keçmiş biri kimi görünür. Bu da hücumun İranın molla rejimi tərəfindən törədilməsini sübut edir.
Hadisənin molla rejimi tərəfindən birbaşa sifarişlə həyata keçirildiyini əminliklə demək olar. Onsuz da İranın siyasi dairələri Azərbaycanı səfirliyə hücum olunacaq hədəsi ilə hədələyirdilər. Tehran tərəfindən bu hədənin həyata keçirilməsi İranın Azərbaycanla bağlı qırmızı xətti keçməsi deməkdir.
İran diplomatların və diplomatik binaların təhlükəsizliyin in təmin edilməsi ilə bağlı Vyana Konvensiyasını kobud şəkildə pozdu. Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyası kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Səfirlər geri çağrılmalıdır. Molla rejimin bu terror aktına beynəlxalq səviyyədə qiymət verilməlidir. Azərbaycana qarşı uzanan hər bir əl kəsilməlidir.
MilliYol.Az