Bu gün Azərbaycan Ordusunun əsgərinin özünü güllələməsi barədə xəbər vermişdik.
Lent.az vəfat edən əsgərin fotolarını əldə edib.
Həmçinin onu da qeyd edək ki, dünyasını dəyişən Əkram Salahov Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulub. O, 6 ay əvvəl həqiqi hərbi xidmətə yollanıb. Bu gün isə yaxınları onun ölüm xəbərini alıb.
Ə.Salahov doğulduğu Dağ Kəsəmən kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.