Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.
MilliYol.Az xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.
Qeyd edək ki, 24 iyul 1977-ci ildə Bakı şəhərində anadan olan Rəşad Nəsirov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq-beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. O, ANS, "Lider" və İctimai Televiziyada çalışıb. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb.
Rəşad Nəsirov Prezidentin 2015-ci il 5 may tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AZTV) sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad edilib.
Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarı ilə Rəşad Nəsirov Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın üzvlərindən biri seçilib.
Rəşad Nəsirov 2016-cı il 7 noyabr tarixində televiziya və radio sahəsində xidmətlərinə görə Prezidentin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.