Qərib Məmmədov hansı yüksək vəzifəyə gətrilir?
Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri təyin oluna bilər. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən deyiblər.
Mənbənin məlumatına görə, 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olan Qərib Məmmədov həm də ardıcıl elmi fəaliyyəıti ilə diqqət çəkirdi. “2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri olan sabiq komitə sədri 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdu” deyən mənbə əlavə edib ki, Qərib Məmmədov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla uzun müddət öncə gizli, sonradan isə aşkar ixtilafda olub.
“Elə bunun nticəsidir ki, 2015-ci ilin fevralın əvvəllərində ölkə başçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Bununla da faktiki olaraq, Kərəm Həsənov çoxdankı arzusuna çatıb və Qərib Məmmədovun komitəsinin ləğvinə, səlahiyyətlərinin əksər hissəsinin isə ona verilməsinə nail olub”, - deyə mənbə bildirib.
Mənbə onu da xatırladıb ki, Kərəm Həsənovla “soyuq savaş”ı uduzan sabiq komitə sədri, heç də təsadüfi deyil, yenidən elmi fəlaiyyətlə məşğul olmağa üstünlük verib: “Bir neçə ay işsiz qalan Qərib Məmmədov 2016-cı ildən AMEA-nın Aqrar məsələlər üzrə müşaviridir. Baxmayaraq ki, bunadək o, başqa mühüm vəzifələrə təyinat gözləyirdi, məsələn, onun rayonlardan birinə icra başçısı təyin edilməyi çox arzuladığı deyilirdi”.
Amma sabiq komitə sədrinin bu istəyinin reallaşmadığını, onun elmi fəaliyyətini davam etdirmək məcburiyyətində qaldığını deyən mənbə bu il dekabrın 19-da Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyevin 82 yaşında vəfat etdiyini xatırladıb. “Gözlənti ondan ibarətdir ki, mərhum alimin “qırx” mərasimi bitdikdən sonra sözügedən komissiyaya Qərib Məmmədov təyin edilsin. Bu önəmli və nüfuzlu vəzifəyə təyin edilə biləcək bir çox namizədlər olsa da, 69 yaşlı Qərtib Məmmədovun Arif Mehdiyevi əvəzləyə biləcəyinə dair iddialar daha real təsir bağışlayır”, - deyə vurğulayıb.
Qeyd edək ki, biologiya üzrə elmlər doktoru (1991), professor olan Qərib Məmmədov həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür (2007). ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belorusiya, Moldova, Türkmənistan, Gürcüstan, Baltik ölkələri və başqa ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələr edən akademik Məmmədov sözügedən vəzifəyə təyinat alacağı təqdirdə bu, onun uzun müddət ixtilafda olduğu, sonda isə həmin mübarizəni uduzduğu Kərəm Həsənova “qara xəbər” kimi dəyərləndirilə bilər. Çünki sabiq komitə sədrinin yenidən dirçəlməsi onun “əmlak şefi”ndən öc ala bilməsi üçün də imkanlar yaradacaq.
Xatırladaq ki, Qərib Məmmədovun elmi karyerası əslində kifayət qədər zəngindir: o, əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlayıb, sonra Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972-1980), baş elmi işçi(1980-1984), laboratoriya rəhbəri(1984-1994), institutun direktoru (1994-2000) vəzifələrində işləyib.
1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilən və professor elmi adı alan Qərib Məmmədovun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sədrlik etdiyi dövrdə adı yalnız korrupsiya və rüşvət ittihamlarında hallanıb. Onun sədrlik etdiyi vaxtda sözügedən komitə məlum ittihamlar üzrə KİV-in ən çox tənqid etdiyi qurumlardan biri olmaqla yanaşı, Q.Məmmədov barəsində də məmur-oliqarx kimi danışılırdı.
MilliYol.Az
Digər xəbərlər
loading...