Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, hazırda 427 aktiv xəstə var. Bu günə qədər 10 064 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 114, bu günə qədər isə ümumilikdə 7 466 384 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə 387 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 938 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 849, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 032 nəfər təşkil edir.