Neftçalada maraqlı hadisəlr baş verir. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olur ki, rayonda gənc icra başçısına qarşı müxtəlif səviyyələrdə təxribatlar həyata keçirilir...
Ötən həftə Neftçaladan bir neçı şəhid ailəsi və qazilər adından redaksiyamıza müraciət olunub. Öncəliklər qeyd edək ki, bizə müraciət edənlər hələlik, müəyyən bir vaxt üçün adlarının anonim saxlanılmasını xahiş edirlər. Lakin onlar bildiriblər ki, istənilən halda özlərini təqdim edə bilərlər və Prezidentə ünvanlayacaqıarı məktubda da bunu edəcəklər.
Maraqlıdır ki, şikayətçiləri heç də Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidovdan şikayətçi deyillər. Onların şikayəti Neftçalanı uzun illər boyu idarə edən “mafioz” qüvvələrdəndir.
Qeyd edək ki, əməkdaşımız şənbə günü Neftçalaya gedərək şikayətçilərlə görüşüb və onlarla ətraflı söhbət edib.
Şikayətçilər bildiriblər ki, onlar son olaraq Naxçıvanda Vasif Talıbovun erasının bitməsindən ruhlanaraq, Neftçalada baş verən bir çox məsələlərə aydınlıq gətirmək istəyirlər:
“Çünki biz hər şeydən əvvəl Neftçalada özlərini “xan” kimi aparan və xalqın qanını zəli soran adamların 40 ilə yaxındır davam edən “hakimiyyətlərinə” son verilməsini istəyirik. Cənab prezidentdən arzu və istəyimiz odur ki, yerlərdə aparılan islahatlar zamanı hər şeydən əvvəl uzun illərdir kök salmış köhnə “mafioz qüvvələr” zərərsizləşdirilsin. O “mafioz qüvvələr” qaldıqca yeni kadrların fəaliyyətinin uğursuz olacağınıəvvəlcədən söyləmk olar və buna ən bariz nümunələrdən biri də, Neftçalada baş verənlərdir”, deyə həmsöhbətimiz bildirib.
Bəs neftçalalılar nədən, ya da kimdən şikayətçidirlər?
Həmsöhbətimizin biri bildirib ki. Onlar hələlik konkret ad çəkmək istəmirlər. Çünki ölkə prezidentinə bütün baş verənlərlə bağlı müraciət hazırlayırlar və buna görə də hazırda da ad çəkmər istəmirlər.
Ümumi vəziyyət isə belədir ki, Neftçalada hələ sovet hakimiyyəti dönəmində bir qrup bütün vəzifələri və gəlirli sahələri, o cümlədən torpaqları ələ keçiriblər. Bu qrupdan kənar olan, ya da bu qrupun iradəsinə təslim olmayan heç bir şəxs isə nə karyeraya nə də normal imkanlara sahib ola bilmir. Rayonun bütün gəlirli sahələrinə isə bu qrup üzvləri tərəfindən nəzarət olunur. Faktiki olaraq Neftçalanın bütün əhalisi isə bu qrup üçün işləməyə və qrupun “xanına” dua eləmək məcburiyyətindədir.
Həmsöhbətlərimiz qeyd ediblər ki, onlar da bütün Azərbaycan xalqı kimi ölkə prezidenti cənab İlham Əliyevin son illər aprdığı sosial-iqtisadi və kadr islahatını dəstəkləyirlər. Lakin bu islahatların dərinləşməsi və uğurlu olması üçün hər şeydən əvvəl yerlərdə kök salmış “mafioz qruplarlar” zərərsizləşdirilməlidir.
Eləcə də, prezident tərəfindən Azərbaycanın ən gənc icra başçısının Neftçalaya təyin olaunmasından sonra bütün neftçalalılar seviniblər və hesab ediblər ki, bundan sonra köhnə “kommunist mafiozların” dönəmi də bitəcək.
Həsöhbətlərimiz bildiriblər ki, onlar gənc başçını müdafiə edir və dəstəkləyirlər. Çünki bu günə qədər Mirhəsən Seyidov onlara, ümumiyyətlə isə bütün rayon əhalisinə qarşı xüsusi diqqət və qayğı ilə yanaşıb və yanaşmaqda da davam edir. Mirhəsən Seyidov başçı olandan sonra rayonda imkanı çatdıqca abadlıq və yenidənqurma işləri aparıb.
“Allaha şükür ki, indi Neftşalanın palçıqlı və zibil daşan küçələri asfaltlanıb, təmizlənib. Adətən qışda Neftalanın mərkəzi küçələrindən başqa bütün küçələri keçilməz olurdu. Yağış suları küçələrə yığılır və addəm atmaq olmurdu. İndi isə bizim küçələrimizdə uşaqlarımız rahat hərəkət edirlər və biz buna görə başçını göstərdiyi səyləri çox böyük dəyərləndirirk və hesab edirik ki, Mirhəsən Seyidov bütün parametrlərdə ölkə preizidenti cənab İlhaə Əliyevin etimadını doğruldur. Çünki o, bir gənc kadr olaraq, özünü prezidentin dediyi kimi, xalqın qulluqçusu olaraq görür”, deyə həmsöhtətim bildirdi.
Problemin nə də olduğu soruşduqda isə şəhid atası bildirdi, bütün problemlər köhnə “kommunist mafiozların” hələ də hər şeyi əlində saxlaması ilə bağlıdır:
“Biz bilirik ki, Mirhəsən Seyidov onlara qarşı mübarizə aparır. Lakin səlahiyyətləri, imkanları və gücü daxilində. Çox şey isə, onun gücü və səlahiyyəti daxilində deyil. Misal üçün köhnə “kommunist mafiozlar” asanlıqla istədikləri adamı vəzifəyə gətirə, stədikləri adamları vəzifədən ala bilirlər. Elə son olaraq, icra hakimiyyətinin başçısının müavinin təyinatını göstərmək olar. Köhnə “kommunist mafioz” qruplaşma bu müavini başçının razılığı olmadan onun başının üstündən təyin etdirməyə nail olublar. Bu da təbii ki, rayonda ikitirəliyi artırır və başçını nüfuzuna xələl gətirir. Həmçinin bu onu da göstərir ki, mərkəzi dövlət qurumlarında da hələ ki, çoxlu sayda “köhnə qvardiya”nın təmsilçiləri var”, deyə digər həmsöhbətim bildirdi.
Digər tərəfdən isə, “mafioz qruplaşma” artıq Mirhəsən Seyidovun vəzifədən alınması və yerinə məhz “onlardan birinin” təyin olunması ilə bağlı fəaliyyət başladıqları iddia olunur. Həmsöhbətlərim bildiriblər bunun üçün Mirhədən Seyidova və ona sadiq olan bir neçə məmura qarşı kampaniya başladıblar və medianın da bu kampaniyada yerini artıq təmin edirlər:
“Son zamanlar Neftçala haqqında əsasız yazılar mətbuatda getdikcə artmaqdadır.Biz yaxşı bilirk ki. Bu kimlərin işidir. Onlar, yəni “köhnə kommunist mafiozlar” bu yolla başçı və onun yanında yer alan, doğma rayonlarında ölkə prezidentiinin apardığı islahatların hiss olunması üçün çalışan doğma rayonlarında ölkə prezidentiinin apardığı islahatların hiss olunması üçün çalışan bəzi məmurları nüfuzdan salmağa, son nəticədə vəzifədən alınmalarını təmin etmək istəyirlər.
Maraqlıdır ki, son günlər mətbuatda əsasən Neftçala Dairə Seçki Komissiyasının sədri Zaur Kərimovla bağlı əsasız məlumatlar ortaya çıxır. İlk baxışda belə bir sual yaranır ki, niyə DSK sədri? Axı bu vəzifənin daşıyıcısı rayonun sosial və iqtisadi məsələlərinə aidiyyatı yoxdur və xalqın gündəlik problemləri ilə də məşğul olmur. Ona görə də bu adamın hədəfə götürülməsi təəccüblü deyilmi? Bütün məsələ ondadır ki. Zaur Kərimov sözü gedən “mafioz qruplaşma”ya təslim olmaq, onların iradəsi ilə oturub-durmaq istəmir. DSK sədri isə rayonun sosial və iqtisadi məsələlərində söz sahibi olmasa da, strateji məsələdir. Zaur Kərimovun başçı ilə birlikdə islahatları dəstəklədiyi və rayonda gənclərin yeni komandasının formalaşmasını dəstəklədiyi üçün “kommunist mafioz qruplaşma” onu vəzifədən aldırmağa çalışır. Hətta biz bilirk ki. Onun haqqında Mərkəzi Seçki Komissyaına da “donos”lar yazırlar”, deyə həmsöhbətlərim bildirib.
“Ümumiyyətlə deyim ki, Mirhəsən Seyidovun mətbuatla çalışmaması bizdə təəccüb doğurur. Biz müxtəlif rayonlarda görülən işlər və keçirilən tədbirlələ bağlı ardıcıl olaraq ölkə mətbuatında yazılarla rastlaşırıq. Ancaq Neftçala ilə bağlı bunu demək olmaz. Yaxşı olardı Mirhəsən Seyidov da gənc və islahatçı bir kadr olaraq mətbuatla geniş əlaqə quraydı və gördükləri işləri ictimaiyyətin diqqətinə təqdim edəydi”, deyə başqa bir həmsöhbətim əlavə edir.
Qeyd edək ki, bütün bunlar Neftşalada gənc islahatçı başçı ilə “köhnə qvardiya”nın “hakimiyyət və nüfuz uğrunda savaşını bir hissədir və bildirə ki, bu yazıda məhz həmsöhbətlərimizin xahişini nəzərə alaraq heç bir ad çəkmirik.
Onu da xatırladaq ki, bu gün Neftçalada baş verənlər, demək olar ki, Azərbaycanın bir çox rayonlarında baş verir və bizə müraciət edən şəhid atası və qazilər yerlərdə sovet dönəmindən qalan qruplaşmaların zərərsizləşdirilməsi ilə bağlı təkliflərində tam haqlıdırlar…
Neftçalada baş verən maraqlı qarşıdurma ilə bağlı yazılarımız davam edəcək. Bizi izləməkdə davam edin.
Mənbə: Pia.az